-

Onunla görüşə tələsirdim. Gecikmişdim. Yollar da sanki uzanmışdı. Başqa vaxt qısa gələn yol indi bitmək bilmirdi ki bilmirdi. Həyəcanlıydım… Sevinirdim..
Bir nəfər qarşı sıradakı oturacaqda oturdu və kiməsə zəng vurdu. Sənin isminidə olan insanla telefonda danışmaq istədiyini dedi. Dayanmadan təkrar-təkrar söyləyirdi ismini. Sanki sırf səni xatırlatmağçün idi bunların hamısı. Düşündüm bəlkə geri dönəcəysən və bunların hamısı bir işarədir. Amma səndən bir xəbər olmadı… Mən dayanacaqda düşdüm və onunla görüşə getdim.
QƏLBİM BOŞ, DÜŞÜNCƏMDƏ SƏN, YANIMDA İSƏ BİR BAŞQASI…
(04.05.2011)